Friday, September 28, 2012

Decleor-dan qulluq vasitələrim




Для русского языка сюда

Salamlar,
Bu gün sizə üz dərisinə qulluq haqqında yazacağam. Bildiyimiz kimi dərimizin gözəlliyi üçün kosmetik vasitələrdən əlavə qulluq vasitələrinə də diqqət yetirmək lazımdır-xüsusilə də gecə üçün nəzərdə tuttulanlara (məncə). Yazımızın qəhrəmanları-Decleor-dan Aromessence Ylang Ylang serumu və Aroma Night Balm Ylang Ylang balzamı.

Monday, September 24, 2012

Göz kölgəniz sındı.... Onu atmayın!

Для русского языка сюда


Göz kölgəniz sındı???




narahat olmayın, onları bərpa etmək olar! 

Thursday, September 20, 2012

Wednesday, September 19, 2012

Givenchy Le Prisme Foundation No 03




Для русского языка сюда 

Salam,
Bugünkü qonağımız Givenchy brendinin  Prisme Foundation pudrasıdır. Bu pudra mənim favoritlərimdən biridir!

Givenchy deyir: Unikal super-praktik pudra gün ərzində bir neçə dəfə istifadə oluna bilər, rahatlıqla onu bir neçə qat çəkə bilərsiniz. Ultra narın üyüdülmüş bu pudra dəriniz üçün  təbii- mat və idealdır.."Baryer effekt"-i yaradaraq dərinizi ətraf mühitin mənfi təsirindən və nəmini itirməkdən  qoruyur. Rahat pudra 3 fərqli rəngdən ibarət olur. Bir neçə rəngin kombinasiyası üzünüzün konturunu modelləşdirməyə imkan verir. Əsas rəng üzünüzün rəngini düzəldir, biraz açıq ton parlaqlıq verir, tünd isə üzünüzün konturlarını vurğulayır. Bu pudra xüsusi texnologiyanın köməyi ilə yaradılıb. Bunun sayəsində pudranın micro hissəcikləri eyni ölçüyə malik olur və üzünüzü zərif və ideal örtüklə örtür. «Mat Balance» kompleksi artıq nəmi və yağı absorsiya edir və  qüsursuz mat nəticə verir. Bu ilk unikal tonal vasitədir ki, hər bir xanıma üzündə professional makiyaj ustası kimi ideal ton yaratmağa və üz formasını korreksiya etməyə kömək edəcək.  © Dju

Mən nə düşünürəm:

Monday, September 17, 2012

Strawberrynet.com-dan sifariş



Для русского языка сюда

Salam,
Bu gün sizinlə internet üzərindən sifariş, konkret olaraq isə dünyanın ən məşhur kosmetik internet mağazası olan Strawberrynet.com haqqında. Axtardığım brendləri Bakıda tapmaqla bağlı problemlər yarandıqdan sonra, belə çıxış yolu tapdım. Əvvəllər biraz risk etmirdim, amma  birinci sifarişim gələn kimi artıq yol açıldı))) Gəlin daha ətraflı:


Strawberrynet deyir: 10 ildən çoxdur ki, iddialı və bacarıqlı, fədakar komandamızın dəstəyilə sizin alver imkanlarınızı genişləndirərək, özümüzü "Təzə Kosmetika Firması" adlandırmaqdan qürur duyuruq, çünki elektron ticarətin gələcəyində lider bir firma olma qətiyyətinə sahib, yenilikçi və müasir bir vizionumuz vardır.Saytımızın ilk məqsədi dünya səviyyəsində tanınmış məhsullarını endirimli və dürüst şəkildə, müştərilərimizə təqdim etməkdir. Bəyəndiyiniz dəriyə qulluq, makiyaj və ətir məhsullarını əziyyətsiz bir alver şəraitində və sizə çox uyğun qiymətlərlə təqdim edə bilməyin vacibliyinə inanırıq.Təzə çiyələklər kimi, bütün məhsullarımız da təzə və qeydiyyatlı marka məhsullarıdır; təqdim etdiyimiz xüsusiimkanlar isə inanılmaz dərəcədə cazibədar və təkrarolunmazdır. Biz, bütün orijinal məhsulları gömrüksüz qiymətlərlə əldə edərək dünyanın hər tərəfinə paylayan beynəlxalq firmayıq. Dünyanın 200 ölkəsində sifariş etdiyi məhsullardan razı qalan yüz minlərlə müştəriyə sahibik.


Mən nə düşünürəm:

Sunday, September 16, 2012

Huseynova Bacıları :) Pupa dodaq boyaları



Для русского языка сюда
Bugünkü qonaqlarımız Pupa brendindən iki dodaq boyasıdır. Gəlin görək istehsalçı onlar haqqında nə deyir:

Pupadeyir:  1. PUPA VOLUME-Pupanın yeni VOLUFILINE-li formulu ele hazırlanıb ki, həm dodaqlarınıza qulluq edir, onlara həcm verir, həm də dodaq boyanızı  makiyaj uçün ideal vasitəyə çevirir. Onun sayəsində siz gözəllik üzrə işinizi tamamlamış olacaqsınız.
Dodaqlarınıza qulluğun nəticəsi:
İstifadənizin ilk günündən etibarən dodaqlarınıza həcm verəcək və onları nəmləndirəcək.
Dodaqlarınızın həcmi dodaq boyası çəkdikdən 10 dəqiqə sonra 5%, 7 günlük istifadədən sonra isə 12% artacaq.
Makiyaj nəticəsi:
Dərhal dodaqlarınız vurğulanacaq, dolğun rəng və inanılmaz parıltı qazanacaq.
Allergik risk çox azdır. Dermotoloji testdən keçirilib.

2. PUPA NEW CHIC- Parıltılı, intensiv rəngli dodaq boyası. Davamlılıq effektli intensiv rəng.
Ekstremal komfortu, nəmləndirici tərkibi və mükəmməl rəngi sayəsində bir jestlə inanılmaz nəticə əldə edə bilərsiniz.
3 effektdən istədiyinizi seçə bilərsiniz:
1. Yumşaq rəng və zərif parıtı
2. İntensiv metallik
3. Tam və dolğun rəng © Dju

Mənim fikirlərim:

Wednesday, September 12, 2012

Monday, September 10, 2012

Artdeco Eyeshadow base



Для русского языка сюда
Artdeco deyir: Mirvari rəngli baza maksimum işığıəksetdirmə funksiyası ilə göz dərinizdəki nöqsanları korreksiya edir və dərinizi göz kölgələrinin çəkilməsinə hazır edir.
Bu məhsul göz kölgələrinin gözəlliyini və keyfiyyətini göstərmək üçün yaradılıb. Bazadan istifadə edərək göz makiyajının davamlılığını maksimal edə bilərsiniz.  Tərkibindəki antiseptik, nəmləndirici və vitaminlər sayəsində göz dərinizin qizartısını azaldır və onu sakitləşdirir.
Professional məsləhət: Az miqdarda bazanı barmağınız vasitəsilə təmiz göz dərinizə çəkin və yayın. Bir dəqiqə fiksasiya olması üçün gözlədikdən sonra göz kölgələrindən və ya göz qələmindən istifadə edə bilərsiniz.
İstifadə etdikdən sonra qapağı möhkəm bağlayın.© Dju

Mənim fikirlərim:

Sunday, September 9, 2012

Orly nail lacquer № 40008 Lift the veil


         Для русского языка сюда
Orly deyir: Orly —müasir dırnaq sənayesinin liderlərindəndir.

Orly-nin yüksək keyfiyyətli dırnaq boyaları — gözəllik sənayesinin ayrıca səhifəsidir. Orly dırnaq boyaları kolleksiyası müxtəlif rəng çalarları ilə zəngindir. Bu laklar bir çox üstünlüklərə malikdirlər: Tez quruyurlar, dırnaqda uzunmüddətli qalırlar, baza və bərkidici örtüklərə ehtiyyacları yoxdur. Tərkibində formaldehid, toluol və DIBUTYLPHTHALATE kimi zərərli maddələr olmur. Hər mövsüm rənglər çoxalır- təbii rənglərdən tutmuş ekstremal rənglərə kimi.© Dju
Mənim fikirlərim: 

Friday, September 7, 2012

Collistar Highlighting All Over White Pearl

          Для русского языка сюда
Collistar deyir:  Collistarın All Over White Pearl pudrası dərinizə ağ  mirvarinin dəbdəbəli parıltısını bəxş edəcək. Şəffaf örtü tək dərinizin rəngini hamarlaşdıracaq. Tərkibindəki vitaminlər, antioksidantlar, bitki yağları və ekstraktlar isə dərinizi güc və enerji ilə dolduraraq, ona rahatlıq hissi verəcək. Pudranı 
firça və ya süngər vasitəsi ilə əsas vasitə kimi üzünüzə, dekolte zonanınıza və ya ənlik kimi  istifadə edə bilərsiniz. Həmçınin pudranı göz kölgəsi kimi bilavasitə göz dərinizin və ya digər göz kölgələrinin üzərinə çəkə və bununla onlara  zərif parıltı bəxş edə bilərsiz.  © Dju


Mənim fikirlərim: