Orly deyir: Orly —müasir dırnaq sənayesinin liderlərindəndir.Onu həm sevirəm, həm də nifrət edirəm :) Rəng çox gözəldi, amma mənfi cəhətləri var. Gəlin daha ətraflı.
Orly-nin yüksək keyfiyyətli dırnaq boyaları — gözəllik sənayesinin ayrıca səhifəsidir. Orly dırnaq boyaları kolleksiyası müxtəlif rəng çalarları ilə zəngindir. Bu laklar bir çox üstünlüklərə malikdirlər: Tez quruyurlar, dırnaqda uzunmüddətli qalırlar, baza və bərkidici örtüklərə ehtiyyacları yoxdur. Tərkibində formaldehid, toluol və DIBUTYLPHTHALATE kimi zərərli maddələr olmur. Hər mövsüm rənglər çoxalır- təbii rənglərdən tutmuş ekstremal rənglərə kimi.© Dju
Flakon: Orta, yumşaq qapağı xoşuma gəlir.
bu da o (metal qarışdırıcıları da çəkdim sizin üçün) |
Rənglər: Onlar çoooxdur :) Bu cəhətdən Orly həmişə sevindirir. Hər zaman ürəyincə olan bir rəng tapmaq olar. Buda rəng çalarları.
görürsünüz nə çoxdu ?(düşünürəm ki, burda bütün kolleksiyalar deyil) |
Mənim rəngimin adı Lift the veil - çox zərif çəhrayı.Rəngin gözəlliyi bu lakın ən üstün cəhətidir.
Dırnaqda görünüşü: Cilalı.
Davamlılığı: Rəngdən asılı olaraq dəyişir, bəziləri çox qalır bəziləri az. Bu rəng 3-4 gün qalır.
Fırça: Çox nazikdi, bəzi rənglərdə xətt qalır. Mənim rəngimdə belədir. Bir qat çəkəndən sonra xətlər qalır, ikinci qat biraz düzəldir amma ideal olmur.(((
Quruması: oooooo ən mənfi cəhəti. Məncə o heç qurumur))) Çəkəndən bir saat sonra fikirləşirəm ki, quruyub, amma ele olmur. Əlim bir yere dəyəndə və s. yeri qalır. Bunu orly-nin bir çox açıq rənglərində müşahidə etmişəm. Tünd rənglər bele deyil.
Bu da sizin üçün çəkdiyim fotolar:
günəşdə |
Qiymətlərim:
Flakon: 5-dən 4
Örtmə qab.: 5-dən 4
Dırmaqda görünüşü: 5-dən 4
Davamlılığı: 5-dən 4
Fırça: 5-dən 3
Quruması: 5-dən 1
Qiyməti: nəyə görəsə yadımdan çıxıb(( 7 və ya 9 manat
Birdə alacağammı? Rəng xoşuma gəlir amma problemlidi, yəqin ki yox
Ele hal hazirda dirnaqimda bundandi ))Qurumaqi problemlidi duzdu )Amma rengleri menim de xosuma gelir + icinde coxdu ))Men ne vaxtdandi istifade edirem qurumur )Nece var ele de qalib.Tam qane etmese de, herterefli.Amma normaldi.Almaq olar mence )
ReplyDeleteQiymeti de 7 Man )
Qurumasi ujas (((
Delete