Friday, September 7, 2012

Collistar Highlighting All Over White Pearl

          Для русского языка сюда
Collistar deyir:  Collistarın All Over White Pearl pudrası dərinizə ağ  mirvarinin dəbdəbəli parıltısını bəxş edəcək. Şəffaf örtü tək dərinizin rəngini hamarlaşdıracaq. Tərkibindəki vitaminlər, antioksidantlar, bitki yağları və ekstraktlar isə dərinizi güc və enerji ilə dolduraraq, ona rahatlıq hissi verəcək. Pudranı 
firça və ya süngər vasitəsi ilə əsas vasitə kimi üzünüzə, dekolte zonanınıza və ya ənlik kimi  istifadə edə bilərsiniz. Həmçınin pudranı göz kölgəsi kimi bilavasitə göz dərinizin və ya digər göz kölgələrinin üzərinə çəkə və bununla onlara  zərif parıltı bəxş edə bilərsiz.  © Dju


Mənim fikirlərim: Pudranı özüm üçün almamışam. Xahiş elədilər ki, parıltılı vurğulayıcı* alım, mən də alan kimi sizin üçün test etdim. Pudranın parıltıları iridir, ona görə başa düşə bilmirəm niyə Collistar onu bütün üzə çəkməyi məsləhət görür (yəqin istiyir yeni il yolkasına oxşayaq :)). Gəlin daha ətraflı:


Qeyd: Vurğulayı *—  dekorativ kosmetikanın bir növüdür. Üzün formasını vurğulamaq üçündür. Üzünüzün müvafiq  (önə çıxarmaq istədiyiniz ) hissələrinin üzərinə çəkilir. Dərinizin xırda qırışlarını gizlədir ona təravət bəxş edir.
Ağ hissələr vurğulayıcının çəkilməli olduğu zonalardır


Qablaşdırma: Elə də bəyənmədim. Ağ yarımşəffaf  qızılı çərçivəli qab.

                               bu da o                                                                         açıq formada
Rəngi: Ağ-yarımşəffaf. Diqqətlə baxılanda xırda açıq çəhrayı rəngi də görmək olar.


 çəhrayı rəngi tutmağa çalışdım


Üzdə görünüşü: Parlaq Parıltılı hissəcikləri vurğulayıcı üçün biraz iridi. Bəlkə gecə makiyajı üçün istifadə etmək olar, amma şəxsən mən belə effekti xoşlamıram.


Davamlılığı:  Səhər əlimə yaydım, demək olar ki gecəyə kimi  parlaq hissələr qalmışdı.

barmaqda

                                  əldə                                                                            yaydım


 gün ışığında

Nəticə: Mənim üçün deyil. Dekolte zonasında istifadə edə bilərəm, amma bunun üçün daha sərfəli vasitələr var. Parıltını xoşlayanlar bu məhsulu sevə bilər. 


Qiymətləndirmə:

Qablaşdırma:       5-dən 3
Üzdə görünüşü:   5-dən 3
Davamlılığı:        5-dən 4 

Qiyməti: Bakıda 33 manata almışam. 
Birdə alacağammı? yox

2 comments:

  1. Bu xaylayter gedir guya?)) Bu satilan xirda zerler oluree, eveller gelinlerin basina vururdular :D Ondandi :D Voobse bunu istifade etmek olmaz mence ne uz ucun ne diger hisseler ucun.Adi zerdi o_O
    Men istifade edirem Inglot haylayter.O mence imanno haylayter-dir.Lazim olan yerlere vurduqda uzde bunun kimi 1 ton "zer" yox, lazimi yerlere parlaqliq verir(zer qetiyyen yox) ..Tolko siyanie i vse )

    ReplyDelete
  2. hede mende onu deyirem)) butun uze ceke bilersiz deyir, tesevvur eliyirsen? bir dene ela xaylayter var shiseidonun bakida yoxdu heyif. netde de tuta bilmirem onu zakaz edim, gelen kimi stoka alirlar((

    ReplyDelete