Для русского языка сюда
Artdeco deyir: Mirvari rəngli baza maksimum işığıəksetdirmə funksiyası ilə göz dərinizdəki nöqsanları korreksiya edir və dərinizi göz kölgələrinin çəkilməsinə hazır edir.
Bu məhsul göz kölgələrinin gözəlliyini və keyfiyyətini göstərmək üçün yaradılıb. Bazadan istifadə edərək göz makiyajının davamlılığını maksimal edə bilərsiniz. Tərkibindəki antiseptik, nəmləndirici və vitaminlər sayəsində göz dərinizin qizartısını azaldır və onu sakitləşdirir.
Professional məsləhət: Az miqdarda bazanı barmağınız vasitəsilə təmiz göz dərinizə çəkin və yayın. Bir dəqiqə fiksasiya olması üçün gözlədikdən sonra göz kölgələrindən və ya göz qələmindən istifadə edə bilərsiniz.
İstifadə etdikdən sonra qapağı möhkəm bağlayın.© Dju
Mənim fikirlərim:
Uzun müddət göz kölgələrindən istifadə etmirdim, çünki bir neçə saatdan sonra onlar yığışır və ya silinirdilər. Ona görə ancaq göz qələmindən istifadə edirdim. Bir neçə il bundən əvvəl isə göz üçün bazaların olduğunu öyrəndim. Bu haqda olan bütün fikirləri oxuduqdan sonra axtarışa çıxdım, və təbii ki Bakıda istədiklərimi tapmaqla bağlı problemlər yarandı. Dəqiq bilirdim ki, iki bazadan birini istəyirəm- ya Artdeco eyeshadow base ya da Urban Decay eyeshadow base. Heç biri də bizdə yox idi (axırıncı indiyə qədər yoxdur) İndi məndə ikisi də var, bu gun sizə Artdeco haqqında yazacağam. Bir gün bizim şəhərdə Artdeco mağazasının açıldığını eşitdim, çox sevindim və qaçdım ora :) Baza, bir neçə göz kölgəsi, karandaş və dodaq boyası aldım. Bu bazanı ikinci dəfədir ki alıram (urban decay xüsusi günlər üçündür:)onun haqqında da yazaram). Göz makiyajımı artıq onsuz təsəvvür etmirəm! Göz kölgələrinin rəngi onunla parlaqlaşır və silinmir. Gəlin daha ətraflı:

Qabı: Bir mənfi cəhəti varsa oda qabıdır. Bazanı yarıya qədər istifadə etdikdən sonra , onu ordan çıxartmaq çətinləşir. Fırçalar kömək edir, ona görə də bu cəhəti ona bağışlamaq olar :) İstifadə etdikdən sonra qabı yaxşı bağlamaq lazımdır, quruya bilər ( amma axıra yaxın onsuzda quruyur)
bu da o |
Rəngi: Bir rəngdə olur- mat deyil. Biraz parıltılıdır, amma göz kölgələri ilə belə effekt vermir.
Örtmə qabiliyyəti: Şəffaf
Davamlılığı: Dediyim kimi çoooox yaxşdır!!! Səhər çəkirəm gecəyə qədər heç yerə silinmir nə də yığışmır.
Nümunələrimə baxaq: (nümunə üçün İnglot-un göz kölgələrindən istifadə etmişəm)
Nəm salfetka ilə sildim (gördüyünüz kimi bazasız olanlar tez silindi)
Qiymətləndirmə:
Qabı: 5-dən 3
Örtmə qab.: 5-dən 4
Örtmə qab.: 5-dən 4
Gözdə görün.: 5-dən 5
Davamlılığı: 5-dən 5 +
Qiyməti: Bakıda 6 manat.
Qiyməti: Bakıda 6 manat.
Birdə alacağammı? Hə
Sebisim mende sene bu haqda yazi gondereceydim. mende de bundan var. davamlilgi xosuma geldi.senle almisdim cox xosuma geldi. menim gozumde karandas daim yayilirdi (ozun bilirsende, gormusen) bundan istifade edenden sonra menim gozumde karandas yayilmir.qizlar meslehet gorerem almaginizi. Azadeliyeva Sevda.
ReplyDelete))) haminizi öyreşdirdim buna
Deletesalam bunu ancaq gozun ustune surtmek olur?
ReplyDelete