Для русского языка сюда
Məndə necə alındı:
Bir gün internetdə gəzərkən gözümə Chanelin Couture Fall/Winter 2012/13 kolleksiyasından olan manikur dəydi. Onu təkrarlamaq qərarına gəldim))). Gümüşü rəngli dırnaq boyasını çıx axtardım (istifadə etmədiyim üçün), sonra köhnə dırnaq boyalarının içindən tapdım. Nə əcəbsə qurumamamışdı)))).
Dırnaq boyalarının şəklini çəkmək yadımdan çıxdı, amma hər hansı açıq çəhrayı və gümüşü dırnaq boyasından istifadə edə bilərsiniz. Hətta digər rənglərlə də eksperementlər də edə bilərsiz.
Necə etməli?: Gümüşü (metalik) dırnaq boyasını (məndəki parıltılı oldu) bir qat çəkirik, əgər rəngi açıqdırsa iki qat da çəkmək olar. Qurumasını gözləyirik və açıq çəhrayı dırnaq boyamızı çəkirik. Çəhrayı rəngi elə çəkmək lazımdır ki, hər tərəfdən eyni məsafədə gümüşü rəng qalsın. Çəhrayı dırnaq boyasını həmişə çəkdiyimiz kimi çəkirik sadəcə olaraq axıra kimi yox, gümüşü rəngdən saxlamaq şərtilə.
Bu da mənim manikurum:
Elə də səliqəli alınmadı, o qədər də diqqət etmədim ona görə. İnaniram ki sizdə də alınacaq, eksperement etməyi unutmayın!
sence gelin ucun de geder bele manikur?oldugca aktual movzudu menimcun:DDD
ReplyDeleteməncə gəlin manikuru maksimum sadə olmalidi. Dırnaqlar orta uzunluqda french maniku (zərif rənglər). Ya da sadece Chanel "BAllerina")))
ReplyDeleteok onda.ses coxlugu ile french galib geldi)))
ReplyDelete