Sunday, September 16, 2012

Huseynova Bacıları :) Pupa dodaq boyaları



Для русского языка сюда
Bugünkü qonaqlarımız Pupa brendindən iki dodaq boyasıdır. Gəlin görək istehsalçı onlar haqqında nə deyir:

Pupadeyir:  1. PUPA VOLUME-Pupanın yeni VOLUFILINE-li formulu ele hazırlanıb ki, həm dodaqlarınıza qulluq edir, onlara həcm verir, həm də dodaq boyanızı  makiyaj uçün ideal vasitəyə çevirir. Onun sayəsində siz gözəllik üzrə işinizi tamamlamış olacaqsınız.
Dodaqlarınıza qulluğun nəticəsi:
İstifadənizin ilk günündən etibarən dodaqlarınıza həcm verəcək və onları nəmləndirəcək.
Dodaqlarınızın həcmi dodaq boyası çəkdikdən 10 dəqiqə sonra 5%, 7 günlük istifadədən sonra isə 12% artacaq.
Makiyaj nəticəsi:
Dərhal dodaqlarınız vurğulanacaq, dolğun rəng və inanılmaz parıltı qazanacaq.
Allergik risk çox azdır. Dermotoloji testdən keçirilib.

2. PUPA NEW CHIC- Parıltılı, intensiv rəngli dodaq boyası. Davamlılıq effektli intensiv rəng.
Ekstremal komfortu, nəmləndirici tərkibi və mükəmməl rəngi sayəsində bir jestlə inanılmaz nəticə əldə edə bilərsiniz.
3 effektdən istədiyinizi seçə bilərsiniz:
1. Yumşaq rəng və zərif parıtı
2. İntensiv metallik
3. Tam və dolğun rəng © Dju

Mənim fikirlərim:
Bir neçə gün idi ki, yazmırdım, üzrlü hesab edin. Evvəl xəstəlik, sonra məzuniyyətdən əvvəlki sonuncu iş günləri... Axır ki, vaxt gəldi çatdı yeni yazımıza.)) Bu dodaq boyaları haqda nə deyə bilərəm? Düşünürəm ki, onlar diqqətə layiqdirlər. Qiymətləri sərfəlidi, həm də effektləri pis deyil. Gəlin daha ətraflı:

Dizayn:  1.Pupa volume- sadə qırmızı futlyar, rahatdır
              2.Pupa new chic- gümüşü futlyar, qəşəng deyil amma rahatdı, çünki qapağında güzgüsü var.                                                


sizden solda Pupa Volume, sağda isə Pupa New Chic 


Rənglər: 1. Pupa Volume- 12 rəngi var:
Mənim rəngim 101 Rosetto-açıq çəhrayı. Rəngdən xoşum gəlir. O qlamur yox, yumşaq və zərif  çəhrayı rəngdədir.

2. Pupa New Chic-32 rəngi var:

Mənim rəngim 18-Pinky Beige: çox gözəl nyud rəngdir, nece deyərlər həmişə və hər yerə)).Bejdir, çox az çəhrayıya çalır. Rənginə görə ikinci dəfə alıram.


Örtmə qabiliyyəti: 1. Pupa Volume-dodağın rəngini yaxşı örtür, şəffaf deyil.
                                  2. Pupa New Chic-həmçinin bu da yaxşı örtür.


Dodaqda komfortu: Dodağı qurutmur, hətta deyərdim nəmləndirir. Amma Pupa Volume-da deyilən həcmi mən görmədim(heç lazım da deyil)).


Dodaqda görünüşü:  Pupa New Chic-krem, Pupa Volume-sulu)) krem effektli.


Davamlılığı: Davamlılıqları yaxşıdır, amma bir problem var- çəkdikdən bir neçə saat sonra əsas da Pupa new chic dodağın iç tərəfinə yığılır və xətt qoyur. Mən bu problemi dodaq boyasının altından balzamı çəkməklə həll edirəm. Pupa Volume-la bu hal çox nadir hallarda baş verir.


Mənim nümunələrim:
əldə-üstdə Pupa Chic, altda Pupa Volume




Pupa Volume-müxtəlif işıqlarda



və Pupa New Chic- da müxtəlif işıqlarda





Qiymətləndirmə:

1. Pupa Volume:

Dizayn:        5-dən 2 
Örtmə qab.: 5-dən 4
Komfort:     5-dən 4 
Görünüş:     5-dən 4
Davamlılıq:  5-dən 4- 


2. Pupa New Chic:

Dizayn:        5-dən 3 
Örtmə qab.: 5-dən 4
Komfort:     5-dən 4 
Görünüş:     5-dən 4
Davamlılıq:  5-dən 3 



Qiyməti: Pupa Volume   - Bakıda 11 ya 13 manat
                 Pupa New Chic - Bakıda 12,5 manat 

Birdə alacağammı?yaqin ki yox

1 comment:

  1. mende Pupa Diva's Rouge var. 1ci sekildeki 3cu reng. rozoviy. amma hec beyenmirem. ele bil dodaqda axirr, qiraqlara yiqilir, dodaqin ic terefinden de yeyilir ele bil. Uuzunmuddetli qalamir dodaqda.Beraber paylanmir her terefe!Tek musbetliyi yaqli olmasidi,Dodaqi qurutmur.
    Reng qesengdi amma almaqina bir de almaram

    ReplyDelete