Monday, September 17, 2012

Strawberrynet.com-dan sifariş



Для русского языка сюда

Salam,
Bu gün sizinlə internet üzərindən sifariş, konkret olaraq isə dünyanın ən məşhur kosmetik internet mağazası olan Strawberrynet.com haqqında. Axtardığım brendləri Bakıda tapmaqla bağlı problemlər yarandıqdan sonra, belə çıxış yolu tapdım. Əvvəllər biraz risk etmirdim, amma  birinci sifarişim gələn kimi artıq yol açıldı))) Gəlin daha ətraflı:


Strawberrynet deyir: 10 ildən çoxdur ki, iddialı və bacarıqlı, fədakar komandamızın dəstəyilə sizin alver imkanlarınızı genişləndirərək, özümüzü "Təzə Kosmetika Firması" adlandırmaqdan qürur duyuruq, çünki elektron ticarətin gələcəyində lider bir firma olma qətiyyətinə sahib, yenilikçi və müasir bir vizionumuz vardır.Saytımızın ilk məqsədi dünya səviyyəsində tanınmış məhsullarını endirimli və dürüst şəkildə, müştərilərimizə təqdim etməkdir. Bəyəndiyiniz dəriyə qulluq, makiyaj və ətir məhsullarını əziyyətsiz bir alver şəraitində və sizə çox uyğun qiymətlərlə təqdim edə bilməyin vacibliyinə inanırıq.Təzə çiyələklər kimi, bütün məhsullarımız da təzə və qeydiyyatlı marka məhsullarıdır; təqdim etdiyimiz xüsusiimkanlar isə inanılmaz dərəcədə cazibədar və təkrarolunmazdır. Biz, bütün orijinal məhsulları gömrüksüz qiymətlərlə əldə edərək dünyanın hər tərəfinə paylayan beynəlxalq firmayıq. Dünyanın 200 ölkəsində sifariş etdiyi məhsullardan razı qalan yüz minlərlə müştəriyə sahibik.


Mən nə düşünürəm:

Müsbət cəhətləri:

1. Bütün dünyaya pulsuz çatdırılma!- bu saytın ən üstün cəhətidir.Ətir sifarişinə 10% alırlar amma bunuda qulluq və ya makiyaj vasitələrindən də bir şey almaqla həll etmək olar. Yani yanlız ətir sifariş ediriksə 10% çatdırılma pulu ödəyirik, ancaq bir ətir və məsələn bir də dodaq boyası sifarış ediriksə çatdırılma pulu ödəmirik.
2. Qiymət-qiymətlər çox sərfəlidir. Bir çox məhsulun qiymətini müqaisə etmişəm, doğurdanda çəx sərfəlidir.
3.Tez çatdırılma-çatdırılma 5-7 gün ərzindədir. Birinci sifarişimi verdikdən sonra düşünürdüm ki, 2 həftəyə gələr (saytın dediyinə inanmırdım) və sifarişim 5 gündən sonra gələndə çəx təəcübləndim, sevindim.
4.Xüsusi sadiqlik endirimləri- daimi müştərilərə xüsüsi endirimlər var. ikinci sifarişdə 1% endirim, üçüncüyə  2%, dördüncüyə 3% , beşinciyə 4%, altıncıya 5%, onuncuya 7,5% və iyirminci sifarişə 10 %. Əlavə olaraq Daha çox al, daha çox qənaət et endirimi- çox məhsul aldıqda endirim (5 %-ə qədər)
5.Hədiyyələr-ilk sifarişə hədiyyə, mobil saytdan sifarışə hədiyyə və s.  ))
6. Daim yeni endirimlər-demək olar ki, həmişə ayrıca 70%-ə qədər endirimlər olur. Çox yaxşı məhsulları daha da sərfəli qiymətə tapmaq olar.
7.Rahat ödəmə üsulları-bütün kredit kartlarını problemsiz qəbul edirlər (maaş üçün olanları da) həmçinin PayPal və Webmoney sistemləri ilə də ödəmək olar.
8. Dil seçimi-ingilis dilini bilməyənlər üçün çox rahatdır.


Mənfi cəhəti:
1. Öyrəşmə- :) Həmişə yeni bir şey sifariş etmək istəyirsən.




Gəlin sizə daha ətraflı sifariş prosesindən yazım:

Mənim bloqlarımdan birinə daxil oluruq və bannerə basırıq. Strawberrynet-ə daxil oluruq (djudjik-ə də sizin sifarişlərdən % gəlsin deyə). Bu təbii ki, xahişdir, bu bəndi buraxa bilərsiniz.



sayta daxil oluruq,yuxarıda sağ tərəfdə ölkə və dil seçimi edə bilərik



belə



bizi maraqlandıran kateqoriyalardan birini seçirik (makiyaj, qulluq vasitələri, ətir və s.)


mən makiyajı seçdim, burdan isə əlifba sırası ilə istədiyimiz brendi seçə bilərik



Chanel-i seçdim, daha sonra məhsulu seçirik (pudra, göz kölgəsi, dodaq boyası və s.) Və ya bütün Chanel məhsullarına baxa bilərik.


bizi maraqlandıram məhsulu tapırıq, "rəng seçimlərinə bax" (belə düymə varsa) basırıq. Lazım olan rəngi seçirik və "səbətə əlavə et" düyməsinə basırıq.




yenə nə isə istəyiriksə onları da səbətə əlavə edirik. Bitirdikdən sonra sağda yuxarıda ""Alış-veriş səbəti"-nə basırıq, həmçinin valyutanı da dəyişə bilərik.Və səbətimizə keçirik.



burda məhsulların sayını artıra və ya azalda, həmçinin onları silə bilərik. Hamısını həll etdikdən sonra e-mailimizi göstərilən yerə yazırıq və "yoxlama səhifəsinə keç" düyməsinə basırıq.




açılan pəncərədə e-mailimizi yoxlayırıq və təsdiq edirik



təqdim olunan hədiyyələrdən (birinci sifarişə görə) birini seçirik




"Faktura və göndərmə ünvanları" bölməsini şəkildəki kimi doldururuq və "Ödəniş etməyə davam edin" basırıq



sonra ödəniş edəcəyimiz kartın növünü və ya Paypal, Webmaney sistemlərindən birini seçirik




seçdikdən sonra kart haqda informasiyanı daxil edirik (asan olsun deyə sizə sxem hazırladım). Və "Ödənişə keç" düyməsinə basırıq

Bu qədər sifarişimiz qəbul olundu. Bizə trek nömrə verilir hansı ilə ki, daha sonra sifarişimizin vəziyyətini yoxlaya bilərik. Həmçinin e-mail ünvanımıza sifarişin qəbul olunması ilə bağlı məktub gələcək. Daha sonra isə (yaqin ki, həmin gün və ya sonrası sifarişin göndərildiyi barədə məktub alacaqsınız.

trek nömrəsini buradan yoxlaya bilərik


Həyacan və sevgilə sifarişimizin poçtdan gəlməsini, və ya zəng vurmalarını gözləyirik. Olmasa, bir həftə sonra özümüz poçta zəng edirik və adımıza sifariş olub olmadığını yoxlamağlarını xahiş edirik. Gördüyünüz kimi hər şey çox sadədir, probleminiz və ya sualınız olarsa kömək edə bilərəm.

Uğurlu shoppinglər!












No comments:

Post a Comment