Для русского языка сюда
Salam,
Bugünkü qonağımız Givenchy brendinin Prisme Foundation pudrasıdır. Bu pudra mənim favoritlərimdən biridir!
Givenchy deyir: Unikal super-praktik pudra gün ərzində bir neçə dəfə istifadə oluna bilər, rahatlıqla onu bir neçə qat çəkə bilərsiniz. Ultra narın üyüdülmüş bu pudra dəriniz üçün təbii- mat və idealdır.."Baryer effekt"-i yaradaraq dərinizi ətraf mühitin mənfi təsirindən və nəmini itirməkdən qoruyur. Rahat pudra 3 fərqli rəngdən ibarət olur. Bir neçə rəngin kombinasiyası üzünüzün konturunu modelləşdirməyə imkan verir. Əsas rəng üzünüzün rəngini düzəldir, biraz açıq ton parlaqlıq verir, tünd isə üzünüzün konturlarını vurğulayır. Bu pudra xüsusi texnologiyanın köməyi ilə yaradılıb. Bunun sayəsində pudranın micro hissəcikləri eyni ölçüyə malik olur və üzünüzü zərif və ideal örtüklə örtür. «Mat Balance» kompleksi artıq nəmi və yağı absorsiya edir və qüsursuz mat nəticə verir. Bu ilk unikal tonal vasitədir ki, hər bir xanıma üzündə professional makiyaj ustası kimi ideal ton yaratmağa və üz formasını korreksiya etməyə kömək edəcək. © Dju
Mən nə düşünürəm:
Bu pudranı yeni il ərəfəsində almışdım. Özümə hədiyyə etdim ))) Çox çox layiqli pudradır! Gəlin daha ətraflı:
Bu pudranı yeni il ərəfəsində almışdım. Özümə hədiyyə etdim ))) Çox çox layiqli pudradır! Gəlin daha ətraflı:
Dizayn: Balaca, çox gözəl və klassik Givenchy dizaynı. Mən bəyənirəm, əldə tutmaq xoşdur. Güzgüsü də var-balacadır, daha çox makiyajı təzələmək üçün istifadə edirəm. Süngəri ayrıca yerləşdirilib, bu çox gigiyenkdir, həm də pudranın arxa tərəfində xırda deşiklər var ki, süngər havalandırılsın))Amma heyif ki, pudra bir az azdır((
Rəng çalarları: Evvəla hər bir pudrada 3 rəng var. 2 əsas rəng, 1 tünd və 1 açıq. Bu üzün konturunu formalaşdırmağa kömək edir (əsas rəngləri bütün üzə, açıq rəngi burununuzun üzərinə, almacıq sümüyünüzün (!:))üzərinə, tünd rəngi izə almacıq sümüyünüzün altına və üzünüzün konturuna ) Və təbii ki, bütün rəngləri qarışdırıb da çəkə bilərsiniz. Pudra 6 rəngdə istehsal olunur: No01-Shaping Ivory (açıq), No02-Shaping Rose(açıq,çəhrayıya çalan), No03-Shaping Beige(açıq, bej), No04 Shaping Amber(orta), No05-Shaping Honey(orta bal rəngi), No06-Shaping Brown(tünd)
bu da onlar
Mənim rəngim No03-Shaping Beige-üzümün rənginə çox düşür, əsasən də qışda. Çəhrayılılıq yoxdur. Mənim pudramın içində az qaldığı üçün :( sizə rəngləri yaxşı göstərə bilməyəcəm. Ona görə də netdən şəkillər yerləşdirirəm.
Örtmə qabiliyyəti: Orta-maksimal. Yaxşı örtür, məsamələri əla örtür! Buna görə onu çox sevirəm. Xırda qusurları da yaxşı örtər.
Üzdə görünüşü: Mat. Üzdə maska kimi görünmür, heç bilinmir. Dəri onunla uşaq dərisi kimi görünür!Narın teksturu sayəsində üz dərisi ilə uyğunlaşır və gün ərzində makiyajınızı təzələməyə imkan verir. Diskomfort yaratmır!
Davamlılığı: Əla, uzunmüddətlidir. Yağlı parıltı 5 saatdan sonra yaranır, o da normal dərəcədə.
Hansı dərilər üçündür: Düşünürəm ki, bütün dəri tiplərinə yararlıdır. Hətta quru dəriyə belə., məndə yoxdur amma oxuduğuma görə qabığları göstərmir və dəriyə dartılma hissi vermir. Krem tonal vasitələrdən istifadə etməyi sevməyənlər üçün də ideal vasitədir.
Ayrıca:Ayrıca olaraq gözəl ətri haqqında yazmaq istərdim. Çoxları onu sevmir, amma mənim xoşum gəlir. Turş və xoşagələn bir ətri var. Pudranı çəkəndən sonra bir neçə dəqiqə ətir hiss olunur. Bilirəm ki, aromatizatorlar dəri üçün elə də xeyirli deyil, amma onlar çooooooooox gözəldi))
Və mənim nümunələrim:
bütöv görünüş
Qiymətləndirmə:
Dizayn: 5-dən 4 (pudra daha çox olsaydı, əla olardı)
Örtmə qab.: 5-dən 5
Üzdə görünüşü: 5-dən 5
Davamlılığı: 5-dən 5
Qiyməti: Bakıda təxminən 52 manata, endirimlə 40 neçə manata almışam.
Qiyməti: Bakıda təxminən 52 manata, endirimlə 40 neçə manata almışam.
Bir də alacağammı? hə
No comments:
Post a Comment