Для русского языка сюда
Çoxdan internet bloglarının birində bu barədə oxumuşdum. Bu yaxınlarda çox sevdiyim göz kölgələrimdən biri sınanda təcrübə keçirməyi qərara aldım. Sizinlə də bölüşmək istəyirəm. Getdik:))))
Bizə nə lazım olacaq:
1. Sınıq göz kölgəsi
Artdeco-nun ən sevdiyim göz kölgəsi, əlimdən düşən kimi də məhz bu rəng sındı, adi tibbi spirt, pudradan qalmış plastik qab və dıкnaq üçün olan amma mənim istifadə etmədiyim qayçı.
Bu qədər!))) Yazdığım kimi ən yaxşısı bir sutka ona əl vurmamaq ki, spirt tamamilə uçsun və göz kölgəsi tam qurusun. Daha sonra istifadə edə bilərsiniz, göz kölgəniz əvvəlki keyfiyyətini heç itirməyəcək!
Göz kölgəniz sındı???
narahat olmayın, onları bərpa etmək olar!
Çoxdan internet bloglarının birində bu barədə oxumuşdum. Bu yaxınlarda çox sevdiyim göz kölgələrimdən biri sınanda təcrübə keçirməyi qərara aldım. Sizinlə də bölüşmək istəyirəm. Getdik:))))
Bizə nə lazım olacaq:
1. Sınıq göz kölgəsi
2. Tibbi spirt
3. Balaca bir qab
4. və qaşıq və ya ona oxşar bir şey
mənim köməkçilərim
Başlayaq:
əvvəlcə göz kölgəsini bacardığımız qədər əzirik
qabını təmizləyirik
spirt damcıladırıq, smetana oxşar bir maye alınsın)))
qarışdırırıq, məndə spirt biraz çox oldu, amma bu problem deyil çünki o "uçacaq"
yerinə tökürük (onu yerinə pressləyə bilərsiniz, amma məndə sulu alındığı üçün ehtiyyac olmadı)
bir neçə saat qurumağa qoyuruq (ən yaxşısı bir sutka onları istifadə etməmək)
Bu qədər!))) Yazdığım kimi ən yaxşısı bir sutka ona əl vurmamaq ki, spirt tamamilə uçsun və göz kölgəsi tam qurusun. Daha sonra istifadə edə bilərsiniz, göz kölgəniz əvvəlki keyfiyyətini heç itirməyəcək!
bir neçə saatdan sonra
barmaqda
buda səhərsi gün, gördüyünüz kimi rəng öz keyfiyyətini itirməyib (bazasız çəkmişəm)
P.S. Bu prosesi xoşunuza gəlməyən göz kölgələrini əzib bir neçə rəngi bir birinə qatmaqla, istədiyiniz, müxtəlif xoşunuza gələn rənglər düzəltmək üçün də edə bilərsiniz. Həmçinin də düzəldərkən spirtlə birgə bir neçə damcı qliserin damcıldadaraq çox gozəl krem göz kölgələri də əldə edə bilərsiz.
Uğurlar!
Cox sagol Sebisim cox deyerli melumatdi.inan men ne qeder olub atmisam e ama bundan sonra artiq ne edeceymi bilirem.cox sagollll.Azadeliyeva Sevda
ReplyDelete