Friday, September 28, 2012

Decleor-dan qulluq vasitələrim




Для русского языка сюда

Salamlar,
Bu gün sizə üz dərisinə qulluq haqqında yazacağam. Bildiyimiz kimi dərimizin gözəlliyi üçün kosmetik vasitələrdən əlavə qulluq vasitələrinə də diqqət yetirmək lazımdır-xüsusilə də gecə üçün nəzərdə tuttulanlara (məncə). Yazımızın qəhrəmanları-Decleor-dan Aromessence Ylang Ylang serumu və Aroma Night Balm Ylang Ylang balzamı.
Öz qulluq vasitələrimi hələlik natural tərkibli vasitələr arasından seçmək istəyirdim. Decleorun dediyimə görə onun məhsulları 100% natural komponentlərdən ibarət olur. Bununla da o diqqətimi çəkdi ( nə qədər doğru olduğunu bilmirəm) Gəlin daha ətraflı:


buda onlar


1. Decleor Aromessence Ylang Ylang

Decleor deyir:  100% təmiz, 100% təbii ekstrakt dərinizi sağaldır, təmizləyir, yağ balansını tənzimləyir və gündəlik Aroma Purete kreminizin effektini gücləndirir.
Decleor Aromessence Ylang Ylang serumu ilanq-ilanq, ətirşah, rozmarin efir yağlarının və
St.Thomas giləmeyvələrinin zərif, ipək tərkibi yağlı və qarışıq dərilərə gündəlik qulluq üçün yaradılıb. Tərkibində konservantlar, mineral yağlar və boyaq maddələri yoxdur.
İstifadə qaydası: 
Səhər güdəlik kreminizdən əvvəl 2 damcı  Aromessence Ylang Ylang-ı əlinizdə istilədin və təmizlənmiş üz dərinizə və sinənizə çəkin. Sonra yüngül amma əmin hərəkətlərlə üzünüzün energetik nöqtələrini masaj edin. © Dju

Mən nə düşünürəm:

Dizayn: Gözəl şüşə qab. Xoşuma gəlir, keçmişdə nağıllarda kolbalar olurdu ya icində möcüzəli məhlulla onları xatırladır))) Qutunun içində istifadə qaydası var (Decleor-un məşhur energetik nöqtələri)



tərkibi

Xüsusiyyətləri və effekti: Sizə yazdığım kimi dərim həddindən artıq yağlıdır, ona görə yağlardan uzaq gəzirdim. Amma haqqında oxuduqda öyrəndim ki, bu yağ elə yağlı və qarışıq dərilər üçündür və dərini yağlandırmır. Bu və üstünə düşən Decleor brendinə 25% endirim məni yoldan çıxartdı))))
Xoşuma gəldi? Düşünürəm ki, hə. Əvvəlcə ilanq ilanq-in iyinə öyrəşə bilmirdim, amma axır vaxtlar hətta xoşuma da gəlir. Klassika və tarix iyi gəlir)))
Çox qənaətlidir-bir damcı bəs edir ki, bütün üzə və sinənizə çəkəsiniz. Demək olar ki, bir dəqiqə sonra dəriyə hopur və yağlı parıltı saxlamır. Dəri yumşalır, rəngi hamarlaşır. Makiyajınızın altından istifadə edə bilərsiniz tonal kreminiz və pudranız yaxşı yayılacaq. Mən onu hərdən səhər, hərdən isə gecələr balzamın altından istifadə edirəm (məsləhət olunduğu kimi). Amma balzam çox yağlı olduğu üçün bir gün gecə balzamdan, bir gün isə serumdan da istifadə edirəm.

bu da serum

Qiyməti: 43 manat (endirimlə)
Ümumi qiymət: 5 dən 5

2. Decleor Aroma Night Balm Ylang Ylang 




Decleor deyir: Gecələr dərinin bioritmləri dəyişir və onun hüceyrələri bərpa olunur. Bu prosesə kömək etnək üçün Decleor yağlı və qarışıq tipli dərilər üçün xüsusi vasitə yaradıb. 100% natural Decleor Aroma Night Ylang Ylang Purifying Night Balm balzamı əriyən və xoşagələn teksturası ilə dərini sağlamlaşdırır, təmizləyir, təbii balansını bərpa etməyə (ilanq ilanq və reyhan efir yağları), qüsurları aradan qaldırılmasına köməklik edir və sakitləşdirir  (melalyuka efir yağı, fındıq, jojoba və qarğıdalı bitki yağları və mumları).
Nəticə: Səhər dəriniz hamar və zərif olur, dərinizin rəngi işıldayır.
İlanq ilanq, reyhan və melalyuka efir yağları, fındıq, jojoba və qarğıdalı bitki yağları və mumları. Tərkibində konservant, mineral yağlar və boyaq maddələri yoxdur. © Dju

Mən nə düşünürəm:

Dizayn: Həmçinin şüşə qab. Onu mağazada belə balaca görəndə istəmədim alım)) Amma sonra başa düşdüm ki, bu onun teksturasına görədir, çox lazım da deyil. Qutuda balzamı lazım olan qədər götürmək üçün balaca plastik qaşıq var. Əla həll yoludu!


tərkibi

Xüsusiyyəti və effekti: Decleor-la tam razıyam! Balzam-möcüzədir! Bir çoxları onu çox sevir, bəzilərində isə onu istifadə etdikdən sonra sızanaqlar yaranır. Bilmirəm yaqin ki, dəri bəzi komponentləri qəbul etmir. Yazılanlara görə təzə istifadə zamanı bir neçə xırda sızanaq çıxır (məsamələr təmizlənir), amma bu hal tez də keçir. Məndə belə şey olmadı. Balzam çox qatı olduğu üçün lazım olandan çox alına bilər, ona görə də qaşığın ucunda götürmək bəs edir. Əlimdə istilədirəm, o əriyir (əla hissdir!))), və üzümə çəkirəm. Dəriyə hopması serumdan fərqlənir, yəni dəri biraz yağlı olur. Əgər onu lazım olandan çox çəkdinizsə hopmasını gözləyin, daha sonra kağız salfet vasitəsilə artıq olan balzamı götürün, silməyin sadəcə salfeti üzünüzə örtün, biraz basın və çəkin. Effekt barədə bircə onu deyə bilərəm- səhər dəriniz çox dincəlmiş görünəcək! Sağlam parıltı əldə edəcək. Bilirsiz necə?-hərdən (iş günü olmayanda :)) yuxudan gümrah və dincəlmiş oyanırsınızaaaa, güzgüyə baxırsız dəriniz də çox gözəl görünür, bax balzamın effekti də belədir)))

qoruyucu qapaq


içində


bu qədəri üzünüzə və sinənizə çəkmək üçün bəs edər

     belə əriyir)))



Qiyməti: 35 manat (endirimlə)
Ümumi qimət: 5-dən 5+

3 comments:

  1. Riske getmeyi sevirsen deyesen :D Men risk etmirem uzume bele seylere )

    ReplyDelete
  2. Uze dusmez eks tesir gosterer, ya uzun derisinde problemler yaradar filan.

    ReplyDelete