Tuesday, September 4, 2012

Guerlain Parure Extreme Luminous Extreme Wear Foundation SPF25


Для русского языка сюда
Guerlain deyir Suya davamlı - rəngini dəyişməyən, üzünüzə canlı parlaqlıq bəxş edən  SPF 25 tərkibli tonal krem? Bu möcüzələrə Parure Extreme ilə sahib ola bilərsiniz. Heçnədən asılı olmayaraq Parure Extreme ilə səkkiz saat ərzində dəriniz rəngini dəyişməyəcək, mat amma canlı parlaqliğını itirməyəcək. Onun parlaq və təbii görünüşü dərinizdəki ləkələrin, kiçik sizanaqların və məsamələrin də gürünməsini minimuma endirəcək. Guerlain Parure Extreme ilə dəriniz gün ərzindəki temperatur dəyişikliklərinə hazırdır. Bu parlaq bir həqiqətdir. © Dju

Mənim fikirlərim:  

Mağazaya başqa tonal krem üçün gedirdim, amma  konsultant yeni bir şey tapdı :) Kremi əlimdə test etdim (həmişəki kimi üzümdə makiyaj olduğu üçün alınmadı) Əlimə çəkən kimi onu alacağıma artıq əmin idim! Uyğun rəngi (Beige clair No 2) seçdim və üz tutdum kassaya :) Kremin tərkibində SPF25-in də olması cox yaxşı oldu (dərimizi günəşin zərərli şüalarından qoruyacaq).Gəlin daha ətraflı.

1.Flakon: Gözə çarpan ilk şey təbii ki tonal kremin flakonudur. Həmişə Guerlain markasının dizaynını bəyənmişəm, bu dəfə də çox razı qaldım. Əldə tutulması zövq verən dəbdəbəli qızılı flakon və çox rahat dozator (Az.-ca tərcüməsini bilmirəm, kömək etsəniz sevinərəm).


2. Rənglər: Bildiyim qədər 8 rəngdə istehsal olunur.  Ambre clair 1,  Beige clair 2,  Beige naturel 3, Beige moyen 4, Beige fonce 5,  Rose naturel 13 Dore naturel 23,  Beige pole 32.  Bizdə Bakıda deyəsən 4 rəngdə satılır. Biri çox açıq (dəqiq bilmirəm ambre clair yoxsa rose naturel), mənim rəngim beige clair, orta rəng beige naturel və tünd rənglərdən biri (səhv edirəmsə düzəldin) Açıq, rəngi çəhrayıya çalan dərilər üçün Rose naturel 13 ideal variantdır. Ən yaxşı neytral açıq bej Beige clair 2 (mənim üçün qış sezonuna idealdır). Yay fəsli üçün isə (dəriniz qaralanda)  Beige naturel 3 və ya Beige moyen 4 istifadə etməyinizi məsləhət görərdim. Mulatkalar :) Beige naturel 3 və ya Beige moyen 4, həmçinin digər tünd rənglərdən istifadə edə bilərlər(dərinin tonundan asılı olaraq). Bu da sizin  rəngləri görə bilməyiniz üçün tapdığım swatch. Hamısı uyğun gəlmir, çünki ölkələrin rəng çalarları seçilir, amma ən yaxın bu şəkil oldu.

3. Örtmə qabiliyyəti: Orta-maksimal. Dozatora 1 və ya 2 dəfə basmağınız kifayət edir. Krem axıcı olduğu üçün üzə rahat yayılır. Kistlə və barmaqla çəkmişəm, iki halda da yaxşı alınıb.

4. Üzdə görünüşü: Mat-atlas. Üzdə maska kimi görünmür, bilinmir. Dəri işıldayır.

5. Davamlılığı: Yaxşı. Mənim dərim çoooooooox yağlıdır, demək olar ki, 1-2 saatdan sonra parıldamağa başlayır. Mənim üzümdə pis dözmür :) (üzərini biraz pudralayıram). Hardasa 4 saatdan sonra parıldamağa başlayır, amma qorxulu deyil. Məncə bu kremin yox mənim həddinden artiq yağlı dərimin günahıdır :).Telefonun üzərində ləkə qoymur. İncə qatla dərinizə çəksəniz problem olmaz, amma qalın çəksəniz mimik qırışları və s. göstərə bilər.

6. Hansı dərilər üçündür : Normal-qarışıq və yağlı. Quru dəri üçün deyil məncə, tərkibindəki spirt dərinizi quruda bilər.


Mənim nümunələrim:
                                                                          flakon

                                                                          əldə

                                 və üzdə,realda belə qorxulu görünmürəm, hamısı yaxın çəkilişin günahıdır :) (şəkildəki imzaların rusca olmasını bu dəfə üzrlü hesab edin)

Qiymətləndirmə:

Flakon:              5-dən  5
Örtmə qab.:       5-dən 4 (düşünürəmki hələ ideal deyil)
Üzdə görünüşü: 5-dən  5
Davamlılığı:       5-dən 4 (yay üçün biraz zəifdir)

Qiyməti: Bakıda təxminən 52-55 manata almışam.
Bir də alacağammı? ola bilər (amma eksperimentləri xoşlayıram:))








14 comments:

  1. kiminse budcesi daha ucuz tonal kreme imkan verirse "Bourjois comme après 10h de sommeil" meslehet gore bilerem))))Idealda giymeti 7-8man arasidi(degig xatirlamiram).Uzde maska kimi galmir deye xoslayiram.ama problemli uzler ucun deyil.sadece uzu tonlasdirir,lekeleri ortmur.Musbet terefi odu ki,poralari baglamir,tebii effekt verir.cox yunguldur.bu qeder)))

    ReplyDelete
    Replies
    1. Guney serfeliler arasinda menim de favoritim var, yazacam onun hagginda yaxinda))

      Delete
  2. menim komment niye getmedi?o_O

    ReplyDelete
  3. Bir de yazim)
    Kimse xerclediyi az olmayan mebleqi zibile atmaq istemirse Chanel Perfection Lumiere almasin!
    Satici teze cixdiqini dedi ,cox terifledi ve men de onu secmeyi qerara adim)
    Ve indi pesmanam.Evvela onu deyim ki uzumde maska effekti yaratdi ve aqirliq hiss etdim.Uzumde ele bil taxtaydi.Normal deriler ucun de olduqu deyilmisdi mene amma menim uzumu taxta kimi eledi.Tam Mat olmamasina baxmyaraq mende uzumde tam mat,hec bir isiltisi olmadi.Daha Cox pudra effekti yaratdi :S Uzde qetiyyen hecneyi ortmur derinin rengini tebiilikden cox uzaq deyisir.Neponyatni birsey yarandi uzumde.Yegane beyendiyim sey etri oldu.) Bir de qetiyyen almaram!
    Qiymeti 54 Azn

    P.S.Mamanin uzun yaqli deridi.Onun uzunde de test edib fikrimi yazacam.Belke sirf yaqli deriler ucun nezerde tutulub.

    ReplyDelete
    Replies
    1. ona gore men kolsuntantlarnan yola getmirem, oz bildiyimi secirem hemiwe))) sora ele pis olursan ki, socustvuyu tebe((( isilti isteyirsense ve derin yagli deyilse chaneller arasinda vitalumiere effecti cox qewengdi. Amma yagli derilere getmir, hemde uz gerey problemsiz olsun. No finishi cox gewengdi

      Delete
  4. Menim uzumde saolsun kosmetoloqlar ve cistkalarin neticesinde problemler yaranib.(Temadan kenar olsa da, bilen varsa uzde qalmis izleri yox etemk ucun maska filan mene desin plz)

    Bu tonalnini mamanin da uzunde test eledim.Netice eyni.Tebii gorunmur,uzde qetiyyen hecneyi ortmur,maska kimi gorunur.Bunu mene pulsuz da verseler goturmerem daha!

    Menim uzum normal yaqli deridi.Ele bisey istirem ki, sovsem az parilti versin i uzde estestvenno gorunsun.Ortmek derecesi de orta olsun.Maska effekti vermesin.
    Kim neyi meslehet vere biler?Lucse burdakilarin mesleheti cem ordaki saticilarin!

    ReplyDelete
  5. Mas nahaq yere bizim kosmetoloqlara etibar elemisen(( Temizləmək üçün ancaq ximiceskiy piling. Kstati ozun de eliye bilersen. (Adi Bodyaqa-nin tozunu ve gelini qarisdir maska kimi cək, 20 deq.yu .uzune ele bil iynələr batacaq, qizaracaq, qan dovrani duzelecek. Amma bu maskani edenden sonra gu isigina cixmaq olmaz pigment lekeler qala biler. Jelatelno həmin gun cixma, səhəri gun terkibinde spf olan vasitələrdən istifade et. Birde La Praire-nin 3 deqiqelik piling maskasi var, cox terifleyirler. No cox bahadi menim ureyim gelmir poka almaga)))

    Tonalniya gəlincə, istifadə elediylərimden Lancome teint idole meslehet gorerdim, amma finishi matoviydi. Bunu prob eliye bilersen birde Guerlain Lingerie terifleyirler. Bunlardan hec biri maska effekti vermir. Bu yaxinda Estee Lauder-dan almiüam test edib deyerem))

    ReplyDelete
    Replies
    1. Tesevvur ele uzumde bir dene noqte de yox idi.Gic kimi getdim ki, yox men cistka eliicem ki day da temiz olsun.Hele de basa duse bilmirem ki, niye getdim ora?!
      I ondan sonra uzume getmediyim kosmetoloq qalmiyib, almadiqim losyon qalmiyib komek elemir.Cistkaya da uje qorxuram ki lap pis olar.Bodyaqa istifade elemisen ozun? Sonra problem yaranmir ki deride?Iz filan qalmaz yene?((Uje el vurmaqa qorxuram.Ne ozum ede bilirem qorxudan ne de kosmetoloqa getmek istemirem:(.Bes La Praire? Cehennem olsun baha teki uzum duzelsin:( Sen maraqlan gor deqiq komek edirse men alim da bunlardan :(

      Delete
    2. Bodyaqa istifade elemiwem, amma polniy kurs elememiwem ((( biraz komeyi olub. Prosto bilmey lazimdi sendeki nedi piqment lekedise cox cetin gedir onlar ( vidimo cistkadan sonra gunesde olmusan) la prairie haqqinda daha etrafli oyremim deyerem sene. Umimiyyetle kremlerini terkibinde kisloti( tursu) olanlara deyis

      Delete
  6. Mende gunes lekesi deyil :( Cistkani temiz elemediler ya ne bilmirem.Ondan sonra ele bil cistkanin yerleri qalib uzumde.Uzde neyise basirsan yer qaliree ele izlerdi :((
    Cox saol Meslehetlere gore )O krem barede netde de oxudum coxlari terifliyir coxlari deyir qiymetinin haqqini vermir.Deyesen alasi olacam men )

    ReplyDelete
  7. Helelik alma bodyaqadan istifade ele komek olmasa uje nese almaq olar

    ReplyDelete
  8. en yaxsi deri hekimi bakida 28 mayda bulbul83de deri zohrevi klinikasi var orda bela xanimdi super hekimdi geden pesman olmaz valah lazim olan olsa deyerem

    ReplyDelete
  9. Cool and that i have a swell offer: Who Repairs House Foundations home addition remodeling

    ReplyDelete